Sumqayıtda restoran yanır

Sumqayıt şəhərində restoranda yanğın başlayıb. SİA məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə