Sumqayıtda yol qəzası zamanı bir nəfər ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. SİA məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford”da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə