Cəlilabadda qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib

Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaşlar tərəfindən su xəttinin üzərində qazıntı işləri yerinə yetirilən zaman Üçtəpə və Cəfərxanlı kəndlərini təbii qazla təmin edən yeraltı orta təzyiqli qaz kəməri zədələnib. SİA-nın məlumatına görə, nəticədə Üçtəpə və Cəfərxanlı kəndinin qaz təhcizatı dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi vətəndaşlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə