Sumqayıtda mebel sexi yandı

Sumqayıt şəhərində mebel sexi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 300 m² olan mebel sexinin içərisində 70 m² sahəyə yığılan taxta materialları və 4 ədəd qapı çərçivəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə