İki kuryerin çantası oğurlandı

Sentyabrın 23-də Nəsimi rayonu ərazisində bir nəfərin kuryer çantasının oğurlanması barədə polisə məlumat daxil olub. SİA DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

Onların sentyabrın 22-də daha bir nəfərin kuryer çantasını oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə