Ağdam rayonunda yanğın baş verib. SİA xəbər verir ki, hadisə rayonun Bahalı qəsəbəsində qeydə alınıb. Rəşad Nizami oğlu Teymurovun təsərrüfatında olan ot tayası və qoyun tövləsi yanıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğın söndürülməsi istiqamətində tədbirlər görülür.

Təsərrüfat sahibinin sözlərinə görə, hadisə zamanı 1600 ədədə qədər ot bağlaması yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə