Gəncədə yaşayış binasında partlayış olub

Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var. SİA-nın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binada qeydə alınıb.

Mənzildə qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 1940-cı il təvəllüdlü Tavlina Şamil qızı Orucova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə