Bərdədə köhnə məktəb binasındakı yanğının təfərrüatları

Bu gün səhər saatlarında Bərdə rayonunda köhnə məktəb binasındakı baş verən yanğının bəzi təfərrüatları məlum olub. SİA-nın əldə etdiyi məlumata görə, yanğın zamanı 1994-cü ilə təvəllüdlü Miriyev Ceyhun Təvəkkül oğlu xəsarət alıb.

Hadisədən sonra yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra ona dördüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, C. Miriyev özünü yandırmağa cəhd edib. Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə