Avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb

Sumqayıtda avtomobilin vurduğu azyaşlı ölüb. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədlini "Toyota Corolla" markalı avtomobil vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə