Sumqayıtda 10 min manatlıq dələduzluq edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB