Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə