Bakı-Qazax yolunun Ucar rayon ərasizindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, yük avtomobili minik maşınına çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərasizindən keçən hissəsində baş verib.

Samux rayon sakini Ş.Əliyevin idarə etdiyi "DAF" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə "Mitsubishi" minik avtomobillə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü X.Ömərov ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə