Saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda, bir nəfərə isə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 49 yaşlı S.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə