Şəmkirdə minik maşını aşıb, sərnişin ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü E.Həsənov hadisə yerində ölüb. Qeyd edək ki, qəzada dünyasını dəyişən polis əməkdaşıdır. E.Həsənov polis kapitanı olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə