Sumqayıtda yol qəzası olub - xəsarət alan var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. Belə ki, “Lexus” markalı avtomobilin aşması nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə