Nizami rayonunda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "GEELY TUGELLA" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə