Abşeronda çörəkbişirmə sexində yanğın olub - VİDEO

FHN-in “112” qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kv.m. sahədə yanıb.

Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

https://youtu.be/TZk-bOytpuo?si=4r_wadxcbYtnsPFM

Bütün xəbərlər Facebook səhifəmizdə