Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şah İsmayıl Xətai prospektində minik avtomobili yolu keçmək istəyən Gəncə sakini 22 yaşlı Gülnar İsmayılovanı vurub. Xəsarətlər alan piyada şəhərdəki özəl xəstəxanalardan birinə aparılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə