Şəmkirdə ağır qəza can aldı

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonda yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Z.Səmədzadəni vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə