Dünən dediyimiz kimi, “bir barmağın güdazına getdi”…

Gərək ki, SİA bununla bağlı dünən yazmışdı.

Deməli, Sankt-Peterburqlu bağmağı dişlənən kişi dünən xəstəxanasında əməliyyat zamanı dünyasını dəyişib.

Xatırladaq ki, şimal paytaxtının sakini tanımadığı şəxsin onun orta barmağını dişlədikdən sonra əməliyyat masasına düşüb. ...“Life” xəbər verir ki, faciəvi şəkildə bitən hadisə avqustun 31-də Narodnaya küçəsində yerləşən uşaq bağçasının yaxınlığında baş verib.

Sankt-Peterburq sakini yoldan keçən birinə irad tutaraq ona nalayiq jest, yəni orta barmağını göstərib.

Buna cavab olaraq şəhərə gəlmə olan 51 yaşlı kişi onun orta barmağını dişləyib.

Baş verənlərə heç bir əhəmiyyət verməyən Sankt-Peterburqlunun tezliklə barmağı qaralaraq şişib.

Vəziyyətinin pisləşdiyini görən kişi, həkimə müraciət edib. Klinikadan o, dərhal əməliyyat üçün xəstəxanaya göndərilib və o, dünyasını dəyişib. İlkin məlumatlara görə, zərərçəkən nekrotik infeksiya nəticəsində dünyasını dəyişib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə