Telekommunikasiya naqillərini oğurlayan şəxslər saxlanılıblar - FOTOLAR
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıblar. DİN-in mətbuat xidmətinin Gəncə regional bölməsindən SİA-ya verilən məlumata görə, onlar ümumi dəyəri 29224 manat olan 4503 metr uzunluğundakı naqilləri metal qəbulu məntəqələrinə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB