Sentyabrın 9-da gecə saat 4 radələrində Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB