Siyəzən rayonunda gənc oğlan itkin düşüb. SİA xəbər verir ki, Siyəzən şəhər S.Xeyrullayev küçəsində yaşayan S.Məlikova oğlunun itkin düşməsi barədə polisə müraciət edib.
Siyəzən RPŞ-yə ərizə ilə müraciət edən qadın bildirib ki, 23 yaşlı oğlu Mahmud Kamal oğlu Məlikov sentyabrın 7-də saat 13 radələrində məsciddə namaz qılmaq adı ilə evdən çıxıb. Lakin həmin saatdan sonra ana oğlundan xəbər ala bilməyib.
Müraciətlə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB