Hacıqabulda avtomobilin vurduğu velosipedçi üç gün sonra ölüb. SİA xəbər verir ki, sentyabrın 4-də Emil Süleymanov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu velosipedlə keçən Mahir Hüseynovu vurub.
Velosipedçi aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Hüseynov həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB