Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi “VAZ-2107” və Turan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.

Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə