Yol qəzası zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb

Salyanın Xıdırlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində daha bir nəfər ölüb. SİA-nın məlumatına görə, bu gün səhər saatlarında xəsarət alanlardan biri xəstəxanada ölüb.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı "VAZ 2106" markalı avtomobil aşmış, nəticədə bir nəfər ölmüş, 3 nəfər xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə