Salyanda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində Kamran Həşimzadə ölüb, xəsarət alanlar - Əlihüseyn Həşimzadə, Mədinə Həşimzadə, Azər Əliyev və Dilbər Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə