Bakıda kran yanıb, yolda sıxlıq yaranıb

Ziya Bünyadov prospektində kranda baş verən yanğın sıxlığa səbəb olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə