Heydər Əliyev prospektində qəza olub

Heydər Əliyev prospekti, “Bağırov” tunelin çıxışında yol qəzası baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə