67 yaşlı kişi tövlənin çardağından yıxılaraq ölüb

67 yaşlı kişi tövlənin çardağından yıxılaraq ölüb

Şəkidə 67 yaşlı kişi faciəvi şəkildə ölüb. SİA xəbər verir ki, hadisə rayonun Oxud kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məcidov Ramiz Oruc oğlu tövlənin çardağından yıxılıb hadisə yerində ölüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə