Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Məlikov Ağababa Ümidvar oğlunun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Kərimova Əsmar Toğrul qızını vurub.
Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB