Azər İsmayılov barədə hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib

Azər İsmayılov barədə hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib

Bəzi sosial media səhifələrində Azər Sərhəd oğlu İsmayılov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb. SİA-nın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 avqust tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə