Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyətinin iştirakı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə təlimi keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Təlim zamanı xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb. Yüksək mərtəbəli binalarda müxtəlif üsullarla “xilasetmə” işləri icra edilib və zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyəsi həyata keçirilib. 2 obyektdə, ümumilikdə 7 tədris nöqtəsində, 7 xüsusi təyinatlı texnikanın, işıqlandırma generatorlarının, su nasoslarının və 56 nəfər şəxsi heyətin iştirakı ilə uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB