Narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb

Narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com