Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb.
Şəhid anasının uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Elçin Əliyev 1994-cü ildə Mingəçevirdə anadan olub. Aprel döyüşlərində də iştirak edən hərbi qulluqçu 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.
O, şəhadətindən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB