Dərin Dəniz Özülündə ölən şəxs tüstüdən boğulubmuş

Dərin Dəniz Özülündə ölən şəxs tüstüdən boğulubmuş

Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. Hadisə nəticəsində “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü İslamov Rafiq İsa oğlu həyatını itirib. SİA xəbər verir ki, TƏBİB hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə