Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.
Sürücü, eləcə də digər üç sərnişin tibbi yardım alaraq ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB