Şəmkirdə bir nəfər Kürdə batıb

Şəmkirdə bir nəfər Kürdə batıb

Şəmkirdə bir nəfər Kürdə batıb. SİA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub, şəxsin kimliyi və yerinin müəyyənləşdirilməsi istiqamətində tədbielər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə