Daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçasında gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0,7 litrlik alkoqollu içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB