Sumqayıtda qaydaları pozan sürücülərə 58 min 62 protokol tərtib edilib

Sumqayıtda qaydaları pozan sürücülərə 58 min 62 protokol tərtib edilib

Bu ilin səkkiz ayında Sumqayıtda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5 min 3-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib.

Həmçinin,ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə