Narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar
İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB