Tovuzda 31 yaşlı kişini avtomobil vurub

Tovuzda 31 yaşlı kişini avtomobil vurub

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü Taleh Əliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə