Ayı Oğuzda rayon sakininə hücum edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə “Kor dərə” adlanan dağlıq ərazidə qeydə alınıb.
Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini 1962-ci il təvəllüdlü Əliyev Bakir Sabir oğluna həmin ərazidə ayı hücum edib.
Hazırda yaralı olan 62 yaşlı B. Əliyevin dağlıq ərazidən rayon ərazisinə gətirilməsi istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB