Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə