Ötən gün təhvil götürülən silah-sursatın sayı

Ötən gün təhvil götürülən silah-sursatın sayı

Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 7 tüfəng və 76 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə