Qubadlı rayonunun Xəndək kəndində baş vermiş yanğın söndürülüb

Qubadlı rayonunun Xəndək kəndində baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Xəndək kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə