Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16.07.2024-cü il istehsal tarixli yumurta məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Agentlikdən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, uyğunsuzluq aşkarlanan istifadəyə yararsız yumurtalar topdançı subyekt tərəfindən geri çağırılıb. 493 qutu (177480 ədəd) yumurta bu gün agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB