Dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb - FOTO

Dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb - FOTO

Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com