Son 2 gündə təhvil verilən və aşkar edilərək götürülən silahların sayı
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 5 tüfəng isə aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB