Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində və Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində baş verən qəzalar sıxlığa səbəb olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hər iki qəza səbəbindən metronun “Koroğlu” və “ Xalqlar dostluğu” stansiyaları istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB